...

Malayziyanın xarici işlər naziri Türkmənistana səfər edəcək

Siyasət Materials 14 İyul 2010 15:02 (UTC +04:00)
Türkmənistanda yaxın vaxtlarda Malayziyanın xarici işlər naziri Anifah bin Amanın hökumət nümayəndə heyətinin müşayiəti ilə səfərini gözləyirlər. Bu barədə rəsmi türkmən mənbəyi məlumat verir.
Malayziyanın xarici işlər naziri Türkmənistana səfər edəcək

Türkmənistan, Aşqabad, 14 iyul /Trend, müxbir Q.Həsənov/

Türkmənistanda yaxın vaxtlarda Malayziyanın xarici işlər naziri Anifah bin Amanın hökumət nümayəndə heyətinin müşayiəti ilə səfərini gözləyirlər. Bu barədə rəsmi türkmən mənbəyi məlumat verir.

Səfər çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüş və Xəzərin türkmən sahilində "Avaza" turist kurortuna baş çəkmək nəzərdə tutulub.

Türkmənistan bazarında 1996-cı ildə Türkmənistan hökuməti ilə Xəzərin türkmən sektorunun mənimsənilməsi üzrə saziş imzalayan Malayziyanın milli dövlət şirkəti "Petronas Charigali" təmsil olunub. Müqaviləyə "Diyarbəkir", "Məhtimqulu", "Ovez", "Maşrıkov" və "Qaraqol-dəniz" yataqları daxildir.

Xəbər lenti

Xəbər lenti