Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Ü.Sadıxova/
Dağıstan Prezidenti Maqomedsalam Maqomedov Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam hacı Allahşükür Paşazadənin Azərbaycan və Dağıstan xalqları arasında ikitərəfli dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, bu barədə cümə axşamı jurnalistlərə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşdən sonra bildirib.
Dağıstan və İnquşetiya prezidentləri Maqomedsalam Maqomedov və Yunusbek Yevkurovun səfəri bu gün Bakıya gələn Rusiya Prezidenti Dmitri Medvedevin rəsmi səfəri fonunda baş tutub.
Bu gün Qafqaz müsəlmanlarının dini lideri şeyxülislam Allahşükür Paşazadə iki Şimali Qafqaz respublikasının prezidentlərini qəbul edib.
Şimali Qafqaz respublikalarının rəhbərləri Qafqaz xalqlarının dostluq münasibətlərinin möhkəmlənməsində dini liderin rolunu yüksək qiymətləndiriblər.
"RF Prezidentinin Azərbaycana səfəri Rusiya və Azərbaycan arasında münisibətlərin inkişafında daha bir hadisədir", - Maqomedov bildirib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında qarşılıqlı faydalı mədəni, iqtisadi və dini münasibətlər fəallaşır.
"Bizim xalqlarımızı birləşdirən minlərlə insan həyatından ibarət çoxdankı, uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərimiz var və onun başlıca tərkib hissələrindən biri bizim dini münasibətlərimizdir", - Maqomedov qeyd edib.
O, Azərbaycan və Dağıstan arasında işlənmə mərhələsində olan mövcud birgə layihələri də xatırladıb.
Məhəmmədov Bakıya səfəri zamanı Azərbaycanın iqtisadi inkişaf naziri ilə danışıqlar aparıb. "Daha prioritet layihələr kənd təsərrüfatı, turizm, eləcə də su enerjisi sahələrini əhatə edən layihələrdir, - Dağıstan Prezidenti jurnalistlərə deyib.