...

Qırğızıstanın yeni hökumətinin fəaliyyətini qiymətləndirmək hələ ki tezdir – ekspert Leonid Qusev

Siyasət Materials 3 Sentyabr 2010 09:00 (UTC +04:00)
Qırğızıstanın Roza Otunbayevanın başçılıq etdiyi yeni hökumətinin fəaliyyətini qiymətləndirmək hələlik tezdir. Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Leonid Qusev belə hesab edir.
Qırğızıstanın yeni hökumətinin fəaliyyətini qiymətləndirmək hələ ki tezdir – ekspert Leonid Qusev

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir V.Javoronkova/

Qırğızıstanın Roza Otunbayevanın başçılıq etdiyi yeni hökumətin fəaliyyətini qiymətləndirmək hələlik tezdir. Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Leonid Qusev belə hesab edir.

Qırğızıstanın yeni hökuməti bu ilin aprelində, eks-prezident Kurmanbek Bakiyevin devrilməsindən sonra ölkədə hakimiyyətə gəlib. Yeni hökumətin gördüyü işlər sırasında onun hakimiyyətə gəlişini qanuniləşdirən referendumu qeyd etmək olar. Oktyabrda ölkədə parlament seçkilərinin keçirilməsi gözlənilir və artıq indidən müşahidəçilər Roza Otunbayeva hökumətinin özünü nə dərəcədə səmərəli göstərməyə macal tapdığını qiymətləndirirlər.

Lakin Qusevin fikrincə, indi Qırğızıstanın hazırkı hökumətinin fəaliyyətinin uğurlu olub-olmadığını birmənalı mühakimə etmək olduqca çətindir.

"Onun [hökumətin] hakimiyyətə gəlişi o qədər də çox deyil", - Rusiya XİN MDBMİ Beynəlxalq Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşı Qusev elektron-poçt vasitəsilə Trend-ə deyib.

Ekspertin fikrincə, hökumət ölkənin cənubunda talanlarla bağlı iyundakı vəziyyətin öhdəsindən gəldi və bununla da hakimiyyəti öz əlində saxlaya bildi.

Referendumun keçirilməsini Müvəqqəti Hökumətin daha bir uğuru hesab etmək olar.

"Roza Otunbayeva ölkənin prezidenti oldu, onun arzusu həyata keçdi - Qırğızıstan Parlament Respublikası oldu", - Qusev bildirib. - "Əgər bu hadisələrdən çıxış etsək, onda hökumət özü üçün uğura nail olub".

Hazırda, Qusevin sözlərinə görə, qırğız hakimiyyətinin qarşısında oktyabrın 10-da parlament seçkilərinin keçirilməsi vəzifəsi durur.

O hesab edir ki, əgər ölkənin iqtisadi inkişafından danışılarsa, burada hər şey o qədər də sadə deyil.

"Vəziyyət necə mürəkkəb idisə, indi də elə qalır, burada hansısa əhəmiyyətli dəyişiklik baş verməyib", - ekspert bildirib. - "Ölkədə parlament seçkilərinin necə keçəcəyindən və siyasi paylaşmanın necə olacağından çox şey asılıdır".

Xəbər lenti

Xəbər lenti