...

Azərbaycan və Rusiya paritet əsaslarla qurulmuş sərfəli əməkdaşlıq nümayiş etdirirlər - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev

Siyasət Materials 7 Sentyabr 2010 12:45 (UTC +04:00)
Trend-in Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevlə müsahibəsi
Azərbaycan və Rusiya paritet əsaslarla qurulmuş sərfəli əməkdaşlıq nümayiş etdirirlər - Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev

Trend-in Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevlə müsahibəsi

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

- Siz RF Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfərinin yekunlarını necə qiymətləndirirsiniz?

- Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya baş tutmuş səfəri əlamətdar hadisədir. Dövlət başçısı postunda olduğu illər ərzində Dmitri Medvedev аrtıq üçüncü dəfədir ölkəmizə səfər edir ki, bu da Azərbaycanın regional tərəfdaş kimi Rusiya üçün əhəmiyyətini təsdiqləyir. Bunu Rusiya Prezidentinin budəfəki səfəri kifayət qədər sübut edir. Azərbaycanla Rusiya arasında mühüm sənədlər imzalanıb. Onlar uzunmüddətli perspektivdə ölkələr arasında kooperasiyaların gələcək inkişafı üçün möhkəm təməl yaradır. Həmçinin, Dövlət Sərhədi Haqqında Müqavilə Rusiya, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin qovuşduğu yerdən keçdiyi xəttin Xəzər dənizinədək möhkəmləndirilməsini nəzərdə tutur. İki məqam bu müqavilənin əhəmiyyətindən xəbər verir.

Birincisi, tərəflər onun imzalanmasına bir ildən çox vaxt sərf ediblər. Təkcə qəbul edilən paketdəki transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi haqqında saziş ekspertlər tərəfindən uzun illər ərzində hazırlanıb. İkinci məqam ondan ibarətdir ki, Rusiya Azərbaycanın dövlət sərhədi haqqında saziş imzaladığı ilk ölkədir. Aydındır ki, bu gün bir çox dövlətlər ərazi bütövlüyünün pozulması təhlükəsi ilə üzləşdikləri bir vaxtda, belə ciddi məsələdə razılığın əldə olunması Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin nə dərəcədə səmimi olduğunu əyani şəkildə sübut edir.

- Rusiya Prezidenti Moskvanın ATƏT-in Minsk qrupu çərçivəsində öz öhdəliklərini və qonşu ölkə kimi öz mənəvi borcunu yerinə yetirməyə hazır olduğunu bildirdi, Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında danışıqlar prosesini sürətləndirməyə çağırdı. Siz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması prosesində Rusiyanın rolunu necə qiymətləndirirsiniz?

- Rusiya Prezident Dmitri Medvedevin Azərbaycana budəfəki səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində özünü yeni keyfiyyətdə təqdim etdi. Rusiya Prezidenti öz ölkəsinin Gümrüdəki RF hərbi bazasına və müqavilənin müddətinin uzadılmasına dair mövqeyini qeyd etdi. Onun sözlərinə görə, sənədin müddətinin uzadılmasında prinsip etibarilə yeni heç və yoxdur və ona Rusiyanın regionda sülhü, sabitliyi və asayişi qoruyub-saxlamaq cəhdi kimi baxılmasına çağırdı. Eyni zamanda, Moskvanın Minsk qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu xüsusilə qeyd etdi. Prezident Medvedevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanatı mahiyyət etibarilə bunu deməyə əsas verir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərə mənfi şəkildə təsir edə biləcək addımlar atmaqda qətiyyən maraqlı deyil.

Bu gün Moskvadakı siyasi dairələr Azərbaycanın geostrateji rolunu tamamilə dəqiq qiymətləndirir və anlayırlar ki, iki dövlətin praqmatik və tərəfdaş əlaqələrinin inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amillərindən biridir. Azərbaycan və Rusiya energetik inkişaf və geosiyasət sahələrində sabitləşdirici amil kimi çıxış edərək, regionda və dünyada ciddi mövqelər qazanıblar. Bu da öz növbəsində, ölkələrimizin dəyərli yaxınlığının, onların irəliləyiş və çiçəklənmə işinə sadiqliklərinin xeyrinə daha bir sübutdur.

Rusiya tez bir zamanda təbii müsbət amilləri və ölkələrimizin real iqtisadi uğurlarını nəzərə alaraq, münaqişənin nizamlanması probleminə münasibətdə öz siyasətinə əlavə düzəlişlər edəcək ki, onlar sabahkı gün geosiyasətin strateji planlarının həyata keçirilməsində Azərbaycanın əsas rolu ilə bilavasitə bağlı olacağı ehtimal edilir. .

- Dmitri Medvedevin Azərbaycana səfərinin yekunlarına əsasən, üç mühüm sənəd imzalanıb. Bunu Rusiyanın Azərbaycanla strateji əməkdaşlığını möhkəmləndirmək istəyi kimi qiymətləndirmək olar?

- Rusiya Prezidenti Dmitri Medvedevin Bakıya üçüncü dəfə səfəri yenidən sübut etdi ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq dövlət başçılarının intensiv dialoqu səviyyəsində davam edir. Bizim ikitərəfli münasibətlərimizin inkişafının hərəkətverici qüvvəsi iqtisadiyyat - bir çox subyektiv residivləri əhatə edən mehriban qonşuluğun praqmatik təkrarıdır. Bununla bərabər, qarşılıqlı ticari-iqtisadi əlaqələrin dinamikası sevindirici haldır. 2004-cü ildə mal mübadiləsi 800 milyon dollar təşkil edirdisə, 2009-cu ildə bu göstərici 1,8 milyard dollardan çox idi. Son məlumatlara əsasən, yalnız 2010-cu ilin yanvarından mayına qədərki dövrdə (beş ay ərzində) ölkələrimiz arasında mal mübadiləsinin həcmi 650,8 milyon dollar təşkil edib; bu dövr ərzində Rusiyadan Azərbaycana ixrac 407,2 milyon dollar həcmində olmaqla, ölkələr arasında ənənəvi - birinci yeri tutur.

İkitərəfli iqtisadi münasibətlərimizdə sevindirici hal odur ki, bu əlaqələr yalnız bütövlükdə ölkələr arasında deyil, ayrı-ayrı Rusiya regionları ilə də inkişaf edir. Və əlbəttə, bu gün uzunmüddətli tərəfdaşlığın aparıcı sahələrindən biri energetika olaraq qalır.

Məlum olduğu kimi, "Qazprom" və ARDNŞ rəhbərləri arasında imzalanmış sazişə əsasən, 1 yanvar 2010-cu ildən etibarən təbii qazın Rusiyaya ixracının həcmi ildə 0,5 milyard kubmetr səviyyəsində nəzərdə tutulur. ARDNŞ və Rusiyanın "Qazprom" şirkətlər qrupu arasında imzalanmış 2011-2012-ci illərdə Azərbaycan qazının alınmasının genişləndirilməsini nəzərdə tutan əlavə saziş yalnız mövcud baza müqaviləsinin fəaliyyət müddətini uzatmır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, saziş Rusiyanın Azərbaycandan aldığı qazın həcmini ilkin danışıqlardan dörd dəfə artıq olmaqla genişləndirir. Növbəti ildən onun həcmi ildə 2 milyard kubmetrə çatacaq, 2012-ci ildən isə ikimilyardlıq səviyyəni də artıracaqlar.

Gələcəkdə "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin mənimsənilməsi vaxtına qədər həcmi hər il 3 milyard kubmetrə qədər genişləndirmək planlaşdırılır. Rusiya, əslində, Azərbaycan qazının əsas alıcılarından biri ola bilər. Beləliklə, qaz nəqliyyatı sistemi gücünün ekspert monitorinqinin yekunlarına əsasən məlum olub ki, onun şimal istiqamətində buraxılış qabiliyyəti ildə 7,7 milyard kubmetrə yaxındır.

Dünya iqtisadiyyatında böyük qarşılıqlı asılılıq və inteqrasiyaya istiqamətlənmiş tendensiyaları, həmçinin, hər iki ölkənin inkişaf edən iqtisadi və maliyyə imkanlarını nəzərə alaraq, artıq bu gün Azərbaycan və Rusiyan prezidentləri ölkələrin ikitərəfli münasibətləri çərçivəsində XXI əsrin tələblərinə cavab verən günün yeni, iqtisadi gündəliyini yaradırlar.

Xəbər lenti

Xəbər lenti