...

Gürcüstan Prezidenti ABŞ-a yola düşüb

Siyasət Materials 20 Sentyabr 2010 10:33 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ABŞ-a yola düşüb. Dövlət başçısının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident Saakaşvili sentyabrda ABŞ-a səfəri zamanı Prezident Barak Obamanın BMT Baş Assambleyasının üzvləri üçün təşkil edəcəyi xüsusi qəbulda iştirak edəcək.
Gürcüstan Prezidenti ABŞ-a yola düşüb

Gürcüstan, Tbilisi, 20 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixeil Saakaşvili ABŞ-a yola düşüb. Dövlət başçısının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident Saakaşvili sentyabrda ABŞ-a səfəri zamanı Prezident Barak Obamanın BMT Baş Assambleyasının üzvləri üçün təşkil edəcəyi xüsusi qəbulda iştirak edəcək.

Mətbuat xidmətinin məlumatına görə, Prezident BMT Baş Assambleyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak dəcək.

Sentyabrın 23-də Nyu-York vaxtı ilə saat 15:00-da o, Assambleya qaqşısında çıxış edəcək.

Saakaşvili, həmçinin, Nyu-York Universitetində də çıxış edəcək. Onun Avropa, Latın Amerikası və Afrika ölkələrinin liderləri ilə ikitərəfli görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti