...

MSK Azərbaycanda Parlament seçkiləri ilə bağlı ödənişsiz təşviqat aparmaq üçün yer ayıracaq KİV-i müəyyənləşdirdi

Siyasət Materials 24 Sentyabr 2010 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M. Əliyev/

Azərbaycanda keçiriləcək Parlament seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının cümə günü yaydığı məlumatda deyilir.

Ödənişsiz efir vaxtı və dərc üçün yer seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına şamil olunacaq.

KİV seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra, ən geci, 30 gün keçənədək dərc etməlidir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra, bu məlumat qanunla müəyyən edilmiş qaydada onlara da göndərilməlidir.

Azərbaycanda Parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti