...

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistanda regional təhlükəsizlik məsələlərini müzakirə edib

Siyasət Materials 28 Sentyabr 2010 12:42 (UTC +04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov bazar ertəsi Pakistanın Hərbi Qüvvələr Qərargahı Birləşmiş Rəis Komitəsinin rəhbəri Tarik Məcidlə görüşdə regional təhlükəsizlik, qarşılıqlı maraq doğuran müdafiə və digər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Pakistanda regional təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Т.Konyayeva/

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov bazar ertəsi Pakistanın Hərbi Qüvvələr Qərargahı Birləşmiş Rəis Komitəsinin rəhbəri Tarik Məcidlə görüşdə regional təhlükəsizlik, qarşılıqlı maraq doğuran müdafiə və digər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Vitse-admiral Sultanov bazar ertəsi nümayəndə heyəti ilə birlikdə Pakistana gəlib. Pakistan nümayəndələri ilə görüşlər Çaklalda Birləşmiş Qərargah Rəisi Komitəsinin mənzil- qərargahında keçirilir.

Admiral Sultanov Pakistanda baş vermiş daşqınlar zamanı insan tələfatı ilə bağlı başsağlığı verib, həmçinin, Azərbaycan hökuməti və xalqı tərəfindən daşqından əziyyət çəkən insanlara yardım haqqında bəyanat verib. Bu barədə Pakistan Silahlı Qüvvələrinin saytında deyilir.

General Məcid Pakistanın daşqından əziyyət çəkən əhalisinə iki milyon həcmində yardım və 690 min dollar dəyərində malla kömək göstərdiyinə görə, Azərbaycan xalqı və hökumətinə xoş arzularını bildirib.

Xəbər lenti

Xəbər lenti