...

Azərbaycan Prezidenti Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub

Siyasət Materials 5 Oktyabr 2010 16:24 (UTC +04:00)
Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub.
Azərbaycan Prezidenti Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub

Oktyabrın 5-də Prezident İlham Əliyev Sədərək rayonunda yeni salınan Heydərabad qəsəbəsində olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar.

Bildirilib ki, Sədərək rayonunun inzibati binalarının yerləşdiyi yeni qəsəbədə bütün infrastruktur yaradılıb.

Qəsəbədə rayon sakinləri üçün yeni evlər də tikilib. İndiyədək Heydərabad qəsəbəsində onlarla ev inşa olunaraq sakinlərə paylanıb. Tikilən 16 yeni ev də sakinlərinə təqdim olunacaq. Yeni evlərin hər birinin ümumi həyətyanı sahəsi min kvadratmetrdir. Bu sahə sakinlərin təsərrüfat işləri ilə məşğul olmaları üçün nəzərdə tutulub. İkimərtəbəli evlərin birinci mərtəbəsində qonaq otağı, mətbəx və digər otaqlar, ikinci mərtəbədə isə iki otaq və eyvan yerləşir. Mənzillərin ümumi sahəsi 100 kvadratmetrdən çoxdur. Evlərə telefon, qaz, elektrik və su xətləri çəkilib.

Ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yollara asfalt döşənib.

Prezident İlham Əliyev qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb.

Dövlətimizin başçısı binalarda yaradılmış şəraitlə tanış olub.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Xəbər lenti

Xəbər lenti