...

Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşıdır - səfir

Siyasət Materials 7 Oktyabr 2010 07:59 (UTC +04:00)
Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşlarından biridir, bu sözləri Özbəkistanın Azərbaycandakı səfiri İsmatilla Erqaşev ölkəsinin müstəqilliyinin 19 illiyinə həsr olunan tədbirdə deyib.
Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşıdır - səfir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxb. M.Əliyev/

Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşlarından biridir, bu sözləri Özbəkistanın  Azərbaycandakı səfiri İsmatilla Erqaşev çərşənbə günü ölkəsinin müstəqilliyinin 19 illiyinə həsr olunan tədbirdə deyib.

"Azərbaycan və Özbəkistan xalqları arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur, və biz xalqlarımızın firəvanlığı namınə bu münasibətləri genişləndirmək niyətindəyik", səfir deyib.

Səfir Erqaşev, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkələr arasında imzalanan ikitərəfli əməkdaşlıq sazişlərinin vacibliyini xüsusilə qeyd edib. 

Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Azərbaycan dövlətinin və hökümətinin Özbəkistanla əməkdaşlığın gələcəkdə də möhkəmləndirməyə və inkişaf etdirməyə niyətlərini vurğulayıb.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan dostluq münasibətləri və böyük potensial əməkdaşlığın genişlənməsinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti