...

Azərbaycanda keçiriləcək parlament seçkilərində namizəd qismində 546 nəfər qeydiyyata alınıb - MSK

Siyasət Materials 11 Oktyabr 2010 18:32 (UTC +04:00)
Bu günə Azərbaycanda keçiriləcək parlament seçkilərində namizəd qismində 546 nəfər qeydiyyata alınıb.
Azərbaycanda keçiriləcək parlament seçkilərində namizəd qismində 546 nəfər qeydiyyata alınıb - MSK

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu günə Azərbaycanda keçiriləcək parlament seçkilərində namizəd qismində 546 nəfər qeydiyyata alınıb. Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov deyib.

"1115 nəfər imza vərəqələrini dolduraraq dairə seçki komissiyalarına təqdim ediblər", - Pənahov qeyd edib. Onun sözlərinə görə, imza vərəqələrini təqdim edənlərin 163-ü sənədlərini geri götürüblər.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK-nın bazar ertəsi keçirilən iclasında parlament seçkiləri ilə bağlı Komissiyaya edilən müraciətlərə də baxılıb.

Xəbər lenti

Xəbər lenti