...

Azərbaycanın xarici işlər naziri Venesuela, Mavritaniya, Zambiya, Oman, Meksika və Bosniya və Herseqovinanın yeni səfirlərini qəbul edib (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 11 Oktyabr 2010 20:24 (UTC +04:00)
Elmar Məmmədyarov Venesuela, Mavritaniya İslam Respublikası, Zambiya, Oman Sultanlığı, Meksika Birləşmiş Ştalları və Bosniya və Herseqovinanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Devid Nieves Velaskes Karaballoya, Sidi Mohammed Ould, Patrik Nailobi Sinyinzaya, Qeys bin Salim bin Əli Al Səid, Jaime Enrike İnosensio Qarsiya Amarala və Draqolyub Lyepoyayanı qəbul edib.
Azərbaycanın xarici işlər naziri Venesuela, Mavritaniya, Zambiya, Oman, Meksika və Bosniya və Herseqovinanın yeni səfirlərini qəbul edib (YENİLƏNİB) (FOTO)

RED. əlav.: Meksika Birləşmiş Ştatları və Bosniya və Herseqovinanın səfirləri əlavə olunub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Venesuela, Mavritaniya İslam Respublikası, Zambiya, Oman Sultanlığı, Meksika Birləşmiş Ştalları və Bosniya və Herseqovinanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Devid Nieves Velaskes Karaballoya, Sidi Mohammed Ould, Patrik Nailobi Sinyinzaya, Qeys bin Salim bin Əli Al Səid, Jaime Enrike İnosensio Qarsiya Amarala və Draqolyub Lyepoyayanı qəbul edib. Məlumatı bazar ertəsi XİN-in mətbuat xidməti yayıb.

Etimadnamənin surətini təqdim edən diplomatlar ölkəmizə səfir təyin olunmalarından məmnun olduqlarını qeyd ediblər. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaqlar əlaqələrin dərinləşməsi istiqamətində çalışacaqlarını bildiriblər.

Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunmaları münasibətilə diplomatları təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti