...

Prezident Azərbaycanda növbəti il üçün ehtiyac meyarının həddi haqqında qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 24 Noyabr 2010 22:29 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident Azərbaycanda növbəti il üçün ehtiyac meyarının həddi haqqında qanununun tətbiq edilməsi barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanunun tətbiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının həmin qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasının təmin edilməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməsi, həmçinin öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

Milli Məclis tərəfindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının müəyyən edilməsi üçün qəbul etdiyi "Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanuna əsasən, ehtiyac meyarının həddi 75 manat miqdarında müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti