...

"WikiLeaks" saytının materialları Azərbaycan və Türkiyənin qardaş əlaqələrinə təsir göstərə bilməz - səfir

Siyasət Materials 2 Dekabr 2010 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

"WikiLeaks" saytının materialları Azərbaycan və Türkiyə arasındakı qardaş əlaqələrə təsir göstərə bilməz. Bunu cümə axşamı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

"Azərbaycan ilə Türkiyənin sağlam əlaqələri var. Əlaqələrimizi "WikiLeaks" saytındakı dedi-qodulara görə qurmuruq. Türkiyə Azərbaycanı yanında görür. Bu səbəbdən bu məlumatların dərci münasibətlərə ziyan vura bilməz", - Kılıç deyib.

Məxfi materialların çap edilməsi üzrə ixtisaslaşan "WikiLeaks" saytı tərəfindən ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqram "New York Times"a və bir sıra ABŞ və Avropa KİV-nə ötürülüb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır, ABŞ diplomatlarının müsəlman ölkələrinin prezidentləri və Avropa liderləri haqqında kəskin fikirləri səslənir, güya müxtəlif ölkələrin liderlərinin ABŞ-ın dövlət qulluqçuları ilə apardıqları şəxsi söhbətlər və dövlət katibi Hillari Klintonun Təhlükəsizlik Şurasının Rusiya, Çin, Fransa və Böyük Britaniyadan olan üzvlərinin izlənilməsinin təşkil edilməsi barədə sorğusu yer alır.

Azərbaycan Prezidentinin mətbuat xidməti saytda dərc olunan məlumatları əsassız sayıb.

Xəbər lenti

Xəbər lenti