...

Rəsmi Bakı Avropa Komissiyasının rəsmi saytında Barrozonun fikirlərinin təhrif edilməsinə təəssüflənir

Siyasət Materials 22 Yanvar 2011 14:53 (UTC +04:00)
Azərbaycan Avropa Komissiyasının rəsmi saytında komissiyanın rəhbəri Joze Manuel Barrozonun fikirlərinin təhrif olunmasına təəssüflənir. Bu barədə şənbə günü Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Rəsmi Bakı Avropa Komissiyasının rəsmi saytında Barrozonun fikirlərinin təhrif edilməsinə təəssüflənir

Azərbaycan, Bakı, 22 yanvar /Trend,müxbir E. Tarıverdiyeva/

Azərbaycan Avropa Komissiyasının rəsmi saytında komissiyanın rəhbəri Joze Manuel Barrozonun fikirlərinin təhrif olunmasına təəssüflənir. Bu barədə şənbə günü Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ üzrə mövqeni Azərbaycanın Xarici İşlər Nazirliyi səsləndirib.

Joze Manuel Barrozonun sədrliyi ilə Avropa Komissiyasının nümayəndə heyəti yanvarın 13-də Bakıya gəlib. Bu, Avropa Komissiyası rəhbərinin fəaliyyəti dövründə Azərbaycana ilk səfəri olub. Barrozonu energetika üzrə Avropa komissarı Hünter Ottinqer müşayiət edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı Barrozo digər məsələlərlə yanaşı Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Azərbaycan Respublikasının ərazi bütüvlüyünü dəstəklədiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti