...

Azərbaycan deputatı Türkiyədə Ümumdünya qlobal qadın sammitinin zirvə toplantısında iştirak edəcək

Siyasət Materials 2 May 2011 18:15 (UTC +04:00)
Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya qlobal qadın sammitinin zirvə toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq.
Azərbaycan deputatı Türkiyədə Ümumdünya qlobal qadın sammitinin zirvə toplantısında iştirak edəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin deputatı Qənirə Paşayeva Ümumdünya qlobal qadın sammitinin zirvə toplantısında iştirak etmək üçün mayın 4-dən 9-dək Türkiyədə səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

İstanbul şəhərində keçiriləcək toplantı "Qadınlar - XXI əsrdə qərarların həlli" mövzusuna həsr olunur. Tədbirdə deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək, çıxışlarında Azərbaycanda qadın hüquqları, qadınların müxtəlif sahələrdə qazandıqları uğurlar və problemlər barədə məlumat verəcək.

Səfər müddətində Paşayeva dünyanın müxtəlif ölkələrindən gəlmiş qadın millət vəkilləri, yüksək vəzifəli ictimai-siyasi xadimlər və işgüzar qadınlarla görüşlər keçirəcək, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, minlərlə qadının öz doğma yurd-yuvasından didərgin düşməsi, əsir və girov götürülməsi barədə məlumatları onların diqqətinə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti