...

Parlament seçkilərində Türkiyə və demokratiya qalib gəlib - Türkiyənin Baş Naziri

Siyasət Materials 13 İyun 2011 00:21 (UTC +04:00)
Türkiyənin Baş Naziri ölkədə keçirilən parlament seçkilərindən sonra Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisində verdiyi açıqlamada 12 iyun Parlament seçkilərində türk xalqının və demokratiyanın qalib gəldiyini bildirib.
Parlament seçkilərində Türkiyə və demokratiya qalib gəlib - Türkiyənin  Baş Naziri

Türkiyənin Baş Naziri ölkədə keçirilən parlament seçkilərindən sonra Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisində verdiyi açıqlamada 12 iyun Parlament seçkilərində türk xalqının və demokratiyanın qalib gəldiyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Baş nazirin sözlərinə görə, bu seçkilərdə Türkiyədə səsvermə hüququ olan hər iki nəfərdən biri Ədalət və İnkişaf Partiyasına səs verib.

Bu gün Türkiyədə keçirilən parlament seçkilərində seçki qutularının 98 faizi açılıb. Yerli vaxtla saat 22.30 a olan məlumata görə, 50.3 faiz səslə (327 millət vəkili ilə), hakim partiya liderlik edir.

İkinci yerdə, 25.8 faiz səslə (135 millət vəkili ilə) Cümhuriyyət Xalq Partiyası, üçüncü yerdə 13.6 faiz səslə (53 millət vəkili ilə) Milliyyətçi Hərəkat Partiyası yer tutur.

Bu gün yerli vaxtla saat 07:00-da Türkiyədə parlament seçkiləri başlayıb. Parlament seçkilərində 15 siyasi partiya iştirak edir. Onlardan 7,5 min namizəd, 203 nəfər isə müstəqil namizəd kimi irəli sürülüb.

Birpalatalı Türkiyə parlamentinə ümumilikdə 550 nəfər seçiləcək. Bu seçkilərdə başlıca rəqiblər Baş nazir Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası, müxalif Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası olacaq.

Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin təxminən 47 faizinin səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb. Seçkilərdə ümumilikdə 50 milyon Türkiyə vətəndaşı iştirak edir.

Milli Məclisin nümayəndə heyəti Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinin tərkibində deputatlar Qənirə Paşayeva və Rafael Hüseynov var.

Türkiyədə keçirilmiş parlament seçkilərini ATƏT və Avropa Şurasının nümayəndə heyətləri də müşahidə edib.

Parlament seçkilərində artıq ölkənin Baş Naziri Rəcəb Tayyip Ərdoğan, prezident Abdullah Gül, müxalifət partiyalarının liderləri səs vermədə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti