...

Azərbaycanın millət vəkili Beynəlxalq Miqrasiya Təşkilatını ittiham edib

Siyasət Materials 6 İyul 2011 13:33 (UTC +04:00)
Azərbaycanın millət vəkili Beynəlxalq Miqrasiya Təşkilatını (BMqT) İranda yaşayan azərbaycanlıların müraciətlərinə baxmamaqda ittiham edib.
Azərbaycanın millət vəkili Beynəlxalq Miqrasiya Təşkilatını ittiham edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın millət vəkili Beynəlxalq Miqrasiya Təşkilatını (BMqT) İranda yaşayan azərbaycanlıların müraciətlərinə baxmamaqda ittiham edib.

Trend-in məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Dünya azərbaycanlılarının III qurultayının ikinci iş günündə çıxışı zamanı bu barədə deyib.

O bildirib ki, BMqT digər xalqların müraciətlərinə baxıb cavablandırdığı halda, İranda yaşayan azərbaycanlıların müraciətlərinə baxılmır və onlar İrana qayıdarkən cəzalandırılırlar.

Rüstəmxanlı çıxışında İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının hər gün pozulduğunu deyib.

Azərbaycanlıların öz övladlarına ana dilində ad qoya bilmək imkanından məhrum edildiyini deyən millət vəkili, İran dövlətinin orada yaşayan azərbaycanlılara qarşı siyasətini kəskin tənqid edib.

DAK həmsədri xaricdə yaşayan azərbaycanlıların ana dilində təhsil almaları üçün Azərbaycanda təhsil telekanalının açılmasının, teletəhsilin verilməsinin vacibliyini vurğulayıb.

O, ölkə qanunvericiliyində Azərbaycanda təhsil almaq istəyən xaricdə yaşayan azərbaycanlılar üçün güzəştlərin tətbiq edilməsi barədə dəyişikliyi vacib sayıb.

Xəbər lenti

Xəbər lenti