...

Prezident İlham Əliyev Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 19 İyul 2011 15:20 (UTC +04:00)
İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlib, məlumatı Prezidentin rəsmi saytı yayıb
Prezident İlham Əliyev Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 14:21-də yayılıb)

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə parkda görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıqlar salınmış, 6 mindən çox dekorativ kol və ağac əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, bayraq meydanı yaradılmışdır. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, sonra bina ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin mayında başlanılmışdır. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılmış, ulu öndərin büstü qoyulmuşdur.

Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqları vardır. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılmışdır.

Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər vardır.
Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

Xəbər lenti

Xəbər lenti