Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da BMT Baş Assambleyasının 66-cı Sessiyasında iştirak etmək məqsədilə Nyu Yorka səfər edəcək.
XİN-in mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.