...

Türkiyədə PKK-nın 80 üzvü saxlanılıb

Siyasət Materials 4 Oktyabr 2011 11:10 (UTC +04:00)
Bu gün səhər saatlarından Türkiyənin təhlükəsizlik qüvvələri terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin saxlanılması məqsədi ilə əməliyyatlara başlayıb.
Türkiyədə PKK-nın 80 üzvü saxlanılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün səhər saatlarından Türkiyənin təhlükəsizlik qüvvələri terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin saxlanılması məqsədi ilə əməliyyatlara başlayıb. Trend-in məlumatına görə, xəbəri CNN Türk telekanalı yayıb.

Bu vaxta qədər artıq 80 nəfər saxlanılıb. Əməliyyatlar davam edir.

Ötən həftə Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya dəstək aksiyalarının təşkilində şübhəli bilinən daha 15 nəfər partiya üzvünü saxlamışdı.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti