...

AŞPA Fələstin Milli Şurasına "Demokratiya naminə Tərəfdaş" statusu verdi

Siyasət Materials 4 Oktyabr 2011 15:51 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Fələstin Milli Şurasına "Demokratiya naminə tərəfdaş" statusu verib.
AŞPA Fələstin Milli Şurasına "Demokratiya naminə Tərəfdaş" statusu verdi

Fransa, Strasburq, 4 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Fələstin Milli Şurasına "Demokratiya naminə tərəfdaş" statusu verib.

Trend-in məlumatına görə, qurumun payız sessiyasının ikinici iş günündə Siyasi məsələlər komitəsinin məruzəçisi Tini Koks (Tiny Kox) tərəfindən mövzu ilə bağlı hazırlanan hesabat ətrafında aparılan müzakirələrin sonunda bu barədə qərar verilib.

Fələstin ərazilərində ümumi siyasi və institusional vəziyyəti əks etrdirən hesabatda Fələstin Milli Şurası tərəfindən təqdim olunan "Demokratiya naminə tərəfdaş" statusunun həm forma, həm də məzmunca AŞ PA-nın Nizamnaməsinə uyğun olduğu vurğulanıb və bu statusun verilməsi təklif olunub.

Bundan əlavə, hesabatda Fələstin tərəfinə demokratik təsisatları, hüquqi dövlət və insan haqlarına hörməti daha da möhkəmləndirmək məqsədilə islahatları davam etdirməyin zəruriliyi vurğulanıb.

Hesabatda habelə Fələstin Milli Şurası öz sıralarından demokratik yolla seçilmiş nümayəndə heyətinin təyin olunmasına dəvət edilir və Assambleyaya iki il ərzində Milli Şuranın üzərinə götürdüyü siyasi öhdəliklərin, eləcə də siyasi və institusional islahatların həyata keçirilməsində əldə olunacaq irəliləyişləri nəzərdən keçirmək təklif edilib.

Hesabatın qətnamə layihəsində Fələstin tərəfindən bütün ərazilərdə milli birlik hökumətinin yaradılması, hamı tərəfindən qəbul olunan prezident, parlament və yerli seçkilərin keçirilməsi məqsədilə dərhal danışıqların yekunlaşmasını, Kvartet tərəfindən irəli sürülən üç əsas şərtin - bütün zorakılıqdan çəkinmək, İsrailin dövlət kimi mövcud olmaq haqqını tanımaq və son illər fələstinli nümayəndələr tərəfindən imzalanmış bütün sazişlərə hörmət və riayət edilməsi, ölüm hökmünün ləğv olunması, terrorizmin inkarı, əsgər Gilad Şalitin azadlığa buraxılması, demokratiya, insan haqlarının, mətbuat azadlığı və sərbəst toplaşmaq haqqının təmin olunması vacibliyi vurğulanır.

Xəbər lenti

Xəbər lenti