Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Tağıyeva/
İordaniya hökuməti iki gün ərzində "Müsəlman qardaşlar" təşkilatı ilə danışıqlara başlayacaq. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi nümayəndəsi Cəmil Əbu Bəkr bildirib. Məlumatı "əl-Qüds əl-Ərəbi" qəzeti yayıb.
Əbu Bəkrin sözlərinə görə, bu dialoq hökumətlə ölkə müxaxlifətini təmsil edən "Müsəlman qardaşlar" təşkilatı arasında siyasi və sosial islahatlar sahəsində bəzi mövcud fikir ayrılıqlarının həll edilməsi məqsədilə aparılır.
İordaniyada "Müsəlman qardaşlar" təşkilatı ölkədə irimiqyaslı siyasi və sosial islahatların aparılması tələbi ilə dəfələrlə kütləvi nümayişlərin keçirilməsinə çağırıb.
"Müsəlman qardaşlar" İordaniyada əsas müxalifət təşkilatıdır.