...

Ariel Koen: Ermənistan anladı ki, hətta, İranın dəstəyi olsa belə, o, BMT TŞ-yə üzv seçilə bilməyəcək

Siyasət Materials 29 Oktyabr 2011 11:03 (UTC +04:00)
Trend-in "Yeni Azərbaycan" qəzeti üçün Trend Ekspert Şurasının üzvü, "İrs" Fondunun Rusiya, Avrasiya və enerji məsələləri üzrə aparıcı eksperti Ariel Koenlə müsahibəsi
Ariel Koen: Ermənistan anladı ki, hətta, İranın dəstəyi olsa belə, o, BMT TŞ-yə üzv seçilə bilməyəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Trend-in "Yeni Azərbaycan" qəzeti üçün Trend Ekspert Şurasının üzvü, "İrs" Fondunun Rusiya, Avrasiya və enerji məsələləri üzrə aparıcı eksperti Ariel Koenlə müsahibəsi

- Azərbaycanın 155 səslə BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilməsi hansı məqamlardan xəbər verir və bu nəticə hansı təəssüratı yaradır?

- Bu, sözsüz ki, qələbədir. Mən şadam ki, bunu əvvəlcədən demişdim.

Birincisi, bu nəticə onu göstərir ki, Azərbaycanın dünya tərəfindən tanınmasında keyfiyyət dəyişikliyi var. Bu gün Azərbaycan Moskva, SSRİ və ya Rusiya imperiyası prizmasından qəbul edilən dövlət deyil. Azərbaycan artıq dünyəvi, eyni zamanda, müsəlman və türk, Avropa və Şərq mədəniyyəti ilə, Rusiyanın mədəni irsi olan rus dili və Turkiyə Respublikası ilə sivilizasiya yaxınlığı olan müstəqil dövlət kimi formalaşıb. Bu mənada, keçirilən səsvermə zamanı dövlətlər post-sovet, Qərb və İslam ölkəsinə səs vermiş oldular. Bu, eyni zamanda, beynəlxalq arenada bir addım irəli getmək deməkdir.

- Bu mövqedə Azərbaycan regional münaqişələrin həllində hansı rolu oynaya bilər?

- Azərbaycan öz mövqeyindən Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş rayonlar və qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərin BMT TŞ-də müzakirəsinin keçirilməsi üçün istifadə edə bilər. Hətta, Abxaziya, Cənubi Osetiya və qaçqınlar barədə də məsələ qaldıra bilər. BMT TŞ-dəki rol Azərbaycan diplomatiyası üçün həm nailiyyətdir, həm də məktəbdir. Bu addım ölkənin nəinki BMT-də, hətta, regionda müstəqilliyinin möhkəmləndirilməsi üçün bir addımdır. Bu, dövlətin reputasiyasının qaldırılmasında keyfiyyət sıçrayışıdır.

- Ermənistanın BMT TŞ-nin üzvlüyünə namizədliyini irəli sürməsindən bir müddət sonra onu geri götürməsini necə şəhr edirsiniz?

- Ermənistan anladı ki, hətta, İranın dəstəyi olsa belə, o, BMT TŞ-yə üzv seçilə bilməyəcək. Ermənistan yeganə düzgün addım ataraq namizədliyini geri götürdü. Əgər Yerevan münaqişənin həllinə razılaşsa, gələcəkdə BMT TŞ-yə üzv seçilə bilər.

Xəbər lenti

Xəbər lenti