...

Ermənistan Prezidentinin Gürcüstana səfəri təxirə salınıb

Siyasət Materials 4 Noyabr 2011 20:17 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Tbilisiyə səfəri təxirə salınıb. Məlumatı Gürcüstan XİN təsdiq edib.
Ermənistan Prezidentinin Gürcüstana səfəri təxirə salınıb

Gürcüstan, Tbilisi, 4 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Ermənistan Prezidenti Serj Sarkisyanın Tbilisiyə səfəri təxirə salınıb. Məlumatı Gürcüstan XİN təsdiq edib.

"Səfərin təxirə salınmasının səbəbi məlum deyil", - Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə günü Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya deyib.

Məlum olduğu kimi, bazar ertəsi Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze Yerevana səfər edəcək. Onun Ermənistan Prezidenti Serj Sarkisyanla görüşəcəyi planlaşdırılır.

Oktyabrın 18-də Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirmişdi ki, Ermənistan Prezidentinin üçgünlük səfəri noyabrın əvvəlinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti