...

Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 14 Noyabr 2011 15:41 (UTC +04:00)
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi olub
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Noyabrın 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi olub.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Respublikasının Prezidentinə raport verdi.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Bolqarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Georgi Pırvanova, Bolqarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti