...

Azərbaycanın XİN rəhbərinin müavini Tehrana yola düşüb

Siyasət Materials 28 Noyabr 2011 11:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bazar ertəsi üçtərəfli əməkdaşlığın inkişafı üzrə Azərbaycan, Türkiyə və İranın xüsusi nümayəndələrinin görüşündə iştirak etmək üçün Tehrana yola düşüb.
Azərbaycanın XİN rəhbərinin müavini Tehrana yola düşüb

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bazar ertəsi üçtərəfli əməkdaşlığın inkişafı üzrə Azərbaycan, Türkiyə və İranın xüsusi nümayəndələrinin görüşündə iştirak etmək üçün Tehrana yola düşüb. Müzakirələrin əsas mövzusu üç ölkənin XİN rəhbərlərinin Naxçıvanda keçiriləcək görüşünün gündəliyinə salınacaq mövzuları müzakirə etməkdir.

"Üç ölkənin - Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşü artıq ənənəvi xarakter daşıyır. Növbəti görüş Naxçıvanda keçiriləcək, onun tarixi razılaşdırılır", - Xələfov Xəzər ötən şənbə Astanada bildirmişdi.

XİN rəhbərlərinin bundan əvvəlki görüşü apreldə İranın Urmiya şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti