...

İtaliyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert keçirilib (FOTO)

Siyasət Materials 13 Dekabr 2011 10:30 (UTC +04:00)
İtaliyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert keçirilib.
İtaliyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert keçirilib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Mehdiyev/

İtaliyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabr 11-də İtaliyanın Modena şəhərində səfirliyin təşəbbüsü ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş fortepiano konserti təşkil edilib.

Konsertdə İtaliyada yaşayan gənc azərbaycanlı pianoçu və bəstəkar Kəmalə Əlizadə, italiyalı caz gitaraçısı Stefano Muskaritolo və Modena Konservatoriyasının tələbələri Azərbaycan, İtaliya və digər Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.

Konserti giriş sözü ilə Modena şəhər merinin müavini Qrasiano Pini açaraq, xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsi üçün mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və konsert proqramının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Məlumatda vurğulanır ki, daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov söz alıb. Səfir ümummilli lider Heydər Əliyevin ölkəmizi üzləşdiyi çətinliklərdən xilas edən, irəli aparan daxili və xarici siyasətinin bugünkü bəhrəsi olan müasir Azərbaycanın regional səviyyədə siyasi və iqtisadi baxımdan aparıcı dövlətə çevrildiyi barədə danışıb. Sadıqov İtaliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.

Konsert proqramı və italyan dilində nəşr olunmuş Azərbaycan haqqında jurnal və kitablar qonaqların böyük marağına səbəb olub.

Xəbər lenti

Xəbər lenti