...

Əhməd Oruc: İctimai Palata qrant almaq üçün fəaliyyət göstərir

Siyasət Materials 5 Yanvar 2012 16:26 (UTC +04:00)
Azərbaycan müxalif Azadlıq Partiyasının sədri İctimai Palatanın qrant almaq üçün yaradıldığını iddia edir.
Əhməd Oruc: İctimai Palata qrant almaq üçün fəaliyyət göstərir

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan müxalif Azadlıq Partiyasının sədri İctimai Palatanın qrant almaq üçün yaradıldığını iddia edir.

"İctimai Palatada olan AXCP və Musavat özləri digər müxalifət partiyalarının rəyini nəzərə almadan, İctimai Palatada digər siyasi partiyaların normal təmsilçiliyinə şərait yaratmadan, qrant almaq mexanizminə yaxın bir ictimai palata yaradıblar" bunu cümə axşamı Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Partiya sədri hesab edir ki, ayrı-ayrı partiyaların hər birinin fərdi şəkildə fəaliyyət göstərməsindən bloklar şəklində fəaliyyət göstərməsi daha səmərəli bir formadır.

O hesab edir ki, ən azı bloklarda bir neçə partiyanın mövqeləri uzlaşdırılır.

"Yəni bir neçə blokun mövqelərini uzlaşdırmaq daha asan olur, nəinki partiyaların mövqelərini. Ona görə də bloklaşma prosesi partiyaların bir araya gəlməsi üçün müsbət bir tendensiyadır", - partiya sədri bildirib.

Partiya sədri hesab edir ki, bu sözlər, İctimai Palata tərəfindən səsləndirilən bu fikirlər hansısa birliklərin, blokların yaranmasına, elə İctimai Palatanın iştirakı ilə də sonradan daha geniş koalisiyaların yaranmasına mane ola bilər.

Lakin İctimai Palatada təmsil olunan AXCP-nin sədr müavini Nurəddin Məmmədli Trend-ə açıqlamasında bu fikirlərin əsassız olduğunu bildirərək, bu gün İctimai Palatanın Azərbaycanda müxalifətin real güclərini birləşdirdiyini deyib.

Xəbər lenti

Xəbər lenti