Azərbaycan, Bakı, 26 yanvar / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Davosda "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşüb.
Görüşdə "Holcim Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olunub.
Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirilib.
Prezident İlham Əliyev “Holcim Group” şirkətinin idarə heyətinin sədri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Davosda “Holcim Group” şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşüb.