...

Litvanın xarici işlər naziri azərbaycanlılarla görüş keçirib (FOTO)

Siyasət Materials 3 Fevral 2012 17:04 (UTC +04:00)
Litvanın xarici işlər naziri ölkəsində yaşayan azərbaycanlılarla görüş keçirib.
Litvanın xarici işlər naziri azərbaycanlılarla görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.Mehdiyev/

Litvanın xarici işlər naziri ölkəsində yaşayan azərbaycanlılarla görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 2-də Vilnüsdə Milli İcmalar Evində Litva xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş və "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"da Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev ev sahibi olaraq tədbirin aparıcısı qismində iştirak edib.

Nazir ofisi burada yerləşən Litva Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Ajubalisə Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Cəmiyyətin sədri Mahir Həmzəyevə Litva dövlətinin etnik siyasətinin həyata keçirilməsi sahəsində verdiyi mühüm töhfələrə görə, o cümlədən Litva-Azərbaycan ictimai-mədəni əlaqələrinin inkişaf etdirilməsində göstərdiyi uğurlu fəaliyyət üçün təşəkkür edib və ona nazirliyin xüsusi hədiyyəsini təqdim edib.

Xəbər lenti

Xəbər lenti