...

Azərbaycan beynəlxalq arenada hücum mövqeyinə keçir - deputat

Siyasət Materials 16 Fevral 2012 18:50 (UTC +04:00)
Azərbaycan beynəlxalq arenada müdafiədən hücum mövqeyinə keçir və ölkənin qarşıdakı G-20 sammiti kimi nüfuzlu forumda iştirakı buna parlaq nümunədir.
Azərbaycan beynəlxalq arenada hücum mövqeyinə keçir - deputat

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan beynəlxalq arenada müdafiədən hücum mövqeyinə keçir və ölkənin qarşıdakı G-20 sammiti kimi nüfuzlu forumda iştirakı buna parlaq nümunədir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı bildirib.

Azərbaycan fevralın 18-20-də Meksikanın Los-Kabos şəhərində keçiriləcək G20-nin xarici işlər nazirlərinin sammitində ilk dəfə təmsil olunacaq.

"Əgər Azərbaycanın son 20 ilini təhlil etsək, hər bir dövrün öz xüsusiyyətləri var. Əgər ilk 10 il müstəqilliyin formalaşması dövrü idisə, növbəti 10 il iqtisadi təkan dövrü oldu. Azərbaycan müstəqilliyinin üçüncü onilliyinin ilk illərində biz maraqlı proseslərin şahidi olduq. Belə ki, Azərbaycan beynəlxalq arenada müdafiədən hücum mövqeyinə keçdi", - Osmanlı qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan qarşısında qlobal məqsədlər qoyur və onlara çatır. Millət vəkili buna parlaq nümünə kimi ölkənin 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsini, "Eurovision"da qələbəsini göstərib.

Osmanlının sözlərinə görə, Azərbaycan regional oyunçudan dünya oyunçusuna çevrilib.

"Bu gün ölkə Avropa enerji təhklükəsizliyinin təmin edilməsində vacib rol oynayır, transmilli dəhlizlərdə strateji mövqe turur və bir sıra ölkələrin parlamentlərinin Xocalı soyqırımının tanınması haqqında xüsusi qətnamə qəbul etməsi onun göstərcisidir ki, Azərbaycan artıq dünya siyasətində xüsusi yer tutub", - o bildirib.

Deputat əlavə edib ki, Azərbaycanın qarşıdakı G-20 sammiti kimi nüfuzlu forumda iştirakı ölkənin hazırda tutduğu həmin hücum mövqeyinin parlaq nümunəsidir.

Azərbaycan G20-yə dəvət olunan on ölkədən biridir.

2012-ci ildə G20-yə Meksika sədrlik edir.

G20-yə üzv ölkələrlə yanaşı, iclasa 10 ölkə və bir təşkilat dəvət edilib: Afrika İttifaqı, Əlcəzair, Avstriya, Azərbaycan, Kamboca, Çili, Kolumbiya, Norveç, Sinqapur, İspaniya və BƏƏ.

Xəbər lenti

Xəbər lenti