...

Azərbaycan və Pakistanın hakim partiyalarının əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 27 Fevral 2012 15:27 (UTC +04:00)
Azərbaycan və Pakistanın hakim partiyalarının əməkdaşlıq perspektivləri müzakirə olunub.
Azərbaycan və Pakistanın hakim partiyalarının əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan və Pakistanın hakim partiyalarının əməkdaşlıq perspektivləri müzakirə olunub.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bazar ertəsi partiyanın mənzil-qərargahında Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakar ilə görüşüb.

Görüşdə Pakistan ilə Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti