...

Gürcüstan Prezidentinin Azərbaycana səfəri zamanı bir sıra beynəlxalq sazişlər imzalanacaq

Siyasət Materials 5 Mart 2012 15:19 (UTC +04:00)
Mixail Saakaşvilinin martın 6-da Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra beynəlxalq sazişlər imzalanacaq.
Gürcüstan Prezidentinin Azərbaycana səfəri zamanı bir sıra beynəlxalq sazişlər imzalanacaq

Gürcüstan, Tbilisi, 5 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin martın 6-da Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra beynəlxalq sazişlər imzalanacaq. Trend-in məlumatına görə, bu barədə bazr ertəsi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib.

"Səfər zamanı bir sıra beynəlxalq sazişlər imzalanacaq. Gürcüstan Prezidenti və onun azərbaycanlı həmkarı arasında yüksək səviyyəli görüşlə yanaşı, Gürcüstan nümayəndə heyətinin Azərbaycan Parlamentinin sədri ilə görüşü də baş tutacaq. Mixail Saakaşvilinin çıxışı da nəzərdə tutulub", - Kalandadze deyib.

O qeyd edib ki, Azərbaycan və Gürcüstanı həm xalqlar, həm də hökumətlər səviyyəsində xüsusi sıx münasibətlər birləşdirir və bu səfər mehriban qonşuluq münasibətlərinin təsdiqidir.

Gürcüstan nümayəndə heyətinin səfəri martın 7-ə qədər (daxil olmaqla) davam edəcək.

Xəbər lenti

Xəbər lenti