...

Rəsmi Bakı NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid edir

Siyasət Materials 13 Aprel 2012 10:53 (UTC +04:00)
Rəsmi Bakı NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid edir.
Rəsmi Bakı NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid edir

Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir E.Mehdiyev/

Rəsmi Bakı NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə münasibət bildiriləcəyinə ümid edir.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, general-mayor Ramiz Nəcəfov "NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda konfransda bildirib.

Nəcəfov deyib ki, Çikaqo sammitində qəbul ediləcək qərarlar gələcək əməkdaşlığa təkan verəcək. Onun sözlərinə görə, Azərbaycan NATO-nun Çikaqo sammitində qurumun dövlətlərin ərazi bütövlüyü ilə bağlı əvvəlki qərarlarına sadiq qalınaraq, yekun sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin də əksini tapacağına ümid edir.

Onun sözlərinə görə, Azərbaycan-NATO əlaqələrinin əsas istiqamətləri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır.

General mayor həmçinin deyib ki, artıq Azərbaycanın aerodromları, hərbi gəmiləri NATO standartlarına uyğunlaşdırılıb.

O qeyd edib ki, Azərbaycanda NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sektorunda bir sıra islahatlar aparılıb. "Silahlı qüvvələrin NATO qüvvələri ilə uzlaşmasının təmin edilməsi, texniki təkmilləşdirmə, hərbi təhsilin uyğunlaşdırılması, ingilis dili bacarıqlarının artırılması sahəsində də bir sıra nailiyyətlər əldə olunub", - o bildirib.

Tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib ki, NATO-nun Çikaqo sammiti alyans üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Onun sözlərinə görə, Əfqanıstan NATO yüklərinin daşınmasına verdiyi töhfəyə görə Azərbaycanı alqışlayıb.

Xəbər lenti

Xəbər lenti