Azərbaycan, Bakı, 22 aprel /Trend/
Fransanın Azərbaycandakı səfirliyində bu ölkədə keçirilən prezident seçkilərinin seçki məntəqəsi təşkil olunub. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Azərbaycanda yaşayan Fransa vətəndaşları səsvermədə fəal iştirak edirlər. Səsvermənin nəticələri isə bazar ertəsi günü məlum olacaq.
Fransada bazar günü prezident seçkilərinin birinci turu keçirilir. Prezidentliyə 10 nəfər namizədliyini irəli sürüb.