...

İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Siyasət Materials 12 İyul 2012 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb.

"Monteneqronun milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Monteneqro münasibətləri hazırda dinamik şəkildə inkişaf etməkdədir. Daim möhkəmlənən dövlətlərarası münasibətlərimiz, dostluq əlaqələrimiz qarşılıqlı maraq doğuran əməkdaşlığımız üçün yaxşı imkanlar açır. Ümidvaram ki, bu günlərdə ölkəmizə səfəriniz zamanı Sizinlə görüşümüz, apardığımız ətraflı fikir mübadiləsi əməkdaşlığımızın inkişaf perspektivlərini gerçəkləşdirmək yolunda səylərimizə yeni təkan verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Filip Vuyanoviçə möhkəm cansağlığı, işlərində uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti