...

Əbülfəs Qarayev: Ermənistanın atdığı addımlar vəziyyətin onlar üçün çıxılmaz olmasından xəbər verir

Siyasət Materials 6 Sentyabr 2012 10:01 (UTC +04:00)
Ermənistan hazırda nə etdiyini bilmir və Macarıstanla əlaqələrin pozulmasına dair qərar qəbul edir.
Əbülfəs Qarayev: Ermənistanın atdığı addımlar vəziyyətin onlar üçün çıxılmaz olmasından xəbər verir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan hazırda nə etdiyini bilmir və Macarıstanla əlaqələrin pozulmasına dair qərar qəbul edir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Sözsüz ki, bu, vəziyyətin onlar üçün çıxılmaz olmasından xəbər verir", - nazir vurğulayıb.

Qarayev qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı, əsgəri hər yerdə öz düşməni ilə savaş aparmalıdır.

"Biz Azərbaycan Prezidenti İlham Əliyevin Ramil Səfərovu əfv etməsi qərarını təqdir edirik. Bu, qətiyyətli və bizim hamımızın ürəyincə olan qərardır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti