...

Mübariz Əhmədoğlu: Rusiya de-fakto sahibi olduğu Ermənistana həm də de-yure sahiblənmək istəyir

Siyasət Materials 20 Sentyabr 2012 14:41 (UTC +04:00)
Rusiyanın Ermənistanla bağlı apardığı siyasətin sxemi çox asandır. Rusiya de-fakto sahibi olduğu Ermənistana həm də de-yure sahiblənmək istəyir.
Mübariz Əhmədoğlu: Rusiya de-fakto sahibi olduğu Ermənistana həm də de-yure sahiblənmək istəyir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Rusiyanın Ermənistanla bağlı apardığı siyasətin sxemi çox asandır. Rusiya de-fakto sahibi olduğu Ermənistana həm də de-yure sahiblənmək istəyir. Trend-in məlumatına görə, bunu cümə axşamı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq hesab edir ki, Rusiya bununla da Dağlıq Qarabağ problemi ilə əlaqəli ciddi söz demək hüququna sahiblənir.

Onun fikrincə, sonra Rusiya Dağlıq Qarabağı Azərbaycanla münasibətdə sövdələşmə və təzyiq elementinə çevirə bilər. Rusiyanın işğal olunmuş Dağlıq Qarabağı və ətraf rayonları təmənnasız və şərtsiz Azərbaycana qaytarması daha böyük effekt yarada bilər. Rusiyanın Dağlıq Qarabağ məsələsində bu sxemə riayət etməsini göstərən elementlər üzdədir.

Əhmədoğlu qeyd edib ki, Ermənistan parlamenti "MDB məkanında azad ticarət zonası haqqında" imzaladığı müqaviləni ratifikasiya edib.

"Serj Sarkisyanın yerinə prezidentliyə namizəd axtarışı prosesində yeni ad peyda oldu. "ArmRosQazprom"un keçmiş rəhbəri, Yerevanın qısamüddətli meri olmuş Karen Karapetyanın adı ictimai rəyə ciddi şəkildə yeridilir. Karapetyanın adından isə Mehri dəmiryolunun təcili bərpa olunması mesajı verildi", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Yerevanda keçirilən hərbi təlimin Rusiya tərəfindən təşkilatçıları bir neçə dəfə açıq şəkildə bildirdilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin Yerevanda keçirilməsinin regionda gərginləşən münasibətlərə qətiyyən aidiyyəti yoxdur. Bununla da KTMT rəhbərliyi hərbi təlimin Ramil Səfərovun ekstradisiyasından sonra Ermənistan-Azərbaycan münasibətlərindəki yaranmış gərginliyə aidiyyətinin olmadığını bildirdilər.

"Yerevanda hərbi təlim zamanı RF nümayəndə heyəti SSRİ-nin dağılmasının acı təcrübəsini yada saldı, bunun münaqişəli regionlar üçün daha böyük əhəmiyyət daşıdığını bildirdi. Belə bəyanatların SSRİ-nin dağılmasında ermənilərin və onların yaratdıqları Dağlıq Qarabağ münaqişəsinin rolunun yada salınmasına xidmət etdiyini ehtimal etmək olar", - politoloq deyib.

Xəbər lenti

Xəbər lenti