...

NATO Bakıda hərbçilərə təlim kursu keçir

Siyasət Materials 25 Sentyabr 2012 17:58 (UTC +04:00)
Azərbaycanda NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda əməliyyat səviyyəsində təlim kursu keçirilir.
NATO Bakıda hərbçilərə təlim kursu keçir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu tərəfindən "Əldə hazırlanmış partlayıcı qurğularla mübarizə" mövzusunda əməliyyat səviyyəsində təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim kursunda NATO-nun əldə hazırlanmış partlayıcı qurğularla mübarizə strategiyası, strukturu, fəaliyyət planı, rəhbəredici sənədləri, standart əməliyyat prosedurları mövzuları müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti