...

Türkiyə Suriyaya etiraz notası göndərib

Siyasət Materials 29 Sentyabr 2012 14:31 (UTC +04:00)
Türkiyə Suriyaya etiraz notası verib. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.
Türkiyə Suriyaya etiraz notası göndərib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Suriyaya etiraz notası verib. Bu barədə Trend şənbə günü Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, etiraz notası cümə günü Suriya artilleriya mərmisinin Türkiyənin Şanlıurfa əyələti ərazisinə düşməsi ilə əlaqədar verilib.

Xatırladaq ki, cümə günü Suriyaya aid bir artilleriya mərmisi Şanlıurfa əyalətinin Akçakale ərazisinə düşmüşdü. Xəsarət alanların olmamasına baxmayaraq, bir neçə yaşayış evinə və binasına ziyan dəymişdi.

Xəbər lenti

Xəbər lenti