...

Bu gün Milli Məclisin payız sessiyası işinə başlayıb

Siyasət Materials 1 Oktyabr 2012 12:04 (UTC +04:00)
Trend-in məlumatına görə, ilk iclasın gündəliyinə 17 məsələ daxil edilib.
Bu gün Milli Məclisin payız sessiyası işinə başlayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu gün Milli Məclisin payız sessiyası öz işinə başlayıb.

Trend-in məlumatına görə, ilk iclasın gündəliyinə 17 məsələ daxil edilib.

Azərbaycan Parlamentinin üzvləri əvvəlcə Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planını təsdiq edəcəklər. Sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qərara dəyişiklik ediləcək.

Milli Məclis ilk iclasında dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı yubiley medalının təsis edilməsi, "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə qanun müzakirəyə çıxarılacaq.

Parlamentdə bazar ertəsi, həmçinin "Dövlət qulluğu haqqında", "Əmək pensiyası haqqında", "Milli Arxiv Fondu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Gömrük orqanlarında xidmət haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamənin təsdiq edilməsi barədə", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət mühafizəsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Heyvanlar aləmi haqqında" qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti