...

Kimya üzrə Nobel Mükafatçısı Azərbaycanın ali məktəbinin fəxri doktor adına layiq görülüb

Siyasət Materials 5 Oktyabr 2012 16:46 (UTC +04:00)
Bu gün Bakı Ali Neft Məktəbində II Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, 2011-ci ilin Kimya üzrə Nobel Mükafatı laureatı, professor Dan Şextman ilə görüş keçirilib.
Kimya üzrə Nobel Mükafatçısı Azərbaycanın ali məktəbinin fəxri doktor adına layiq görülüb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakı Ali Neft Məktəbində II Bakı Beynəlxalq Humanitar Forumun iştirakçısı, 2011-ci ilin Kimya üzrə Nobel Mükafatı laureatı, professor Dan Şextman ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi qurumun ötən il noyabrın 29-da Azərbaycqan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda yaradıldığını, fəaliyyətinin məqsədinin ən müasir tədris proqramları və texnologiyaları əsasında ingilis dilində yüksəkixtisaslı mühəndis kadrların hazırlanması olduğunu bildirib.

Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi artıq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri qurub, ötən aydan isə ali məktəbə qəbul olmuş 116 tələbə tədris prosesinə qoşulub.

Qasımov dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən şad olduğunu bildirib, ona elm və təhsil sahəsində əlaqələrin genişləndirilmısində fəal iştirakına görə Elmi Şuranın qərarı ilə "Bakı Ali Neft Məktəbinin Fəxri Doktoru" adının verildiyini elan edib və diplomu professora təqdim edib.

Professor Şextman da öz isə qeyd edib ki, Azərbaycan neftlə zəngin olduğu üçün burada kimyəvi mühəndislik və digər texniki sahələrdə kadrlar hazırlanmasına ehtiyac var. Bu baxımdan Bakı Ali Neft Məktəbinin açılması böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin hazırladığı kadrlar sonradan iqtisadiyyatın inkişafına dəstək olacaqlar və ölkə üçün yeni məhsulları, texnologiyaları inkişaf etdirəcəklər.

Şextman Azərbaycanın sürətli inkişaf yolunda inamla addımladığnı vurğulayıb, Bakı Ali Neft Məktəbinin kollektivinə uğurlar diləyib və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti