Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Yevlax şəhərinə səfərini başa çatdıraraq Zərdab rayonuna gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.