...

Azərbaycanda yeni bələdiyyələr yaradılacaq

Siyasət Materials 12 Oktyabr 2012 12:51 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilərkən məlumat verilib.
Azərbaycanda yeni bələdiyyələr yaradılacaq

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda yeni bələdiyyələrin yaradılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bəzi şəhər və rayonların inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilərkən məlumat verilib.

Komitə sədrinin müavini Fəttah Heydərov bildirib ki, yeni yaradılacaq sahə inzibati dairələrində də yeni bələdiyyələr yaradılmalıdır. Komitə sədri Arif Rəhimzadə onun təklifini dəstəkləyib.

Rəhimzadə əlavə edib ki, sahə inzibati ərazi dairələrində yeni bələdiyyələrin yaradılması qanunvericiliklə mümkündür.

"Əgər əhali tərəfindən belə bir təşəbbüs olarsa, bu məsələ öz müsbət həllini tapacaq", - komitə sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti