...

Aşqabad sammitində MDB dövlət başçıları 20 sənədi müzakirə edəcəklər

Siyasət Materials 24 Oktyabr 2012 10:12 (UTC +04:00)
Noyabrın 2-də Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının (MDB DBŞ) növbəti iclasında təhlükəsizliyin təmin olunması, iqtisadi və humanitar sahələrdə regional əməkdaşlığa dair 20-yə yaxın sənəd layihəsinə baxılması nəzərdə tutulub.
Aşqabad sammitində MDB dövlət başçıları 20 sənədi müzakirə edəcəklər

Türkmənistan, Aşqabad, 24 oktyabr /Trend, müxbir H.Həsənov/

Noyabrın 2-də Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının (MDB DBŞ) növbəti iclasında təhlükəsizliyin təmin olunması, iqtisadi və humanitar sahələrdə regional əməkdaşlığa dair 20-yə yaxın sənəd layihəsinə baxılması nəzərdə tutulub. Bu barədə Trend-ə MDB İcraiyyə Komitəsindən məlumat verilib.

Türkmənistan bu forumu 2012-ci ildə MDB-yə sədrlik edən ölkə kimi qəbul edir.

İcraiyyə Komitəsinin Analitik-informasiya departamenti qeyd edir ki, "1941-1945 illər Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 70-ci ildönümünün bayram edilməsinə hazırlıq haqqında" qərar layihəsi nisbətən daha əhəmiyyətlidir.

İqtisadi sahəyə aid olan məsələlərin siyahısına MDB ölkələrinin birləşdirilmiş valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də rabitə və informasiyalaşdırma sahəsində tədbirlərin reallaşdırmasının gedişi haqqında qərar daxildir.

Birinci sənədin layihəsi valyuta əməliyyatlarının həyata keçirilməsi hüququna malik olan hüquqi şəxslərin bir-birinin valyuta bazarlarına qarşılıqlı çıxışı yolu ilə valyuta mübadiləsi əməliyyatları prosedurunun sadələşdirilməsinə yönəldilib.

Səlahiyyət verilmiş banklar vasitəsilə valyuta mübadiləsinin qüvvədə olan qaydası ilə müqayisədə təklif edilən qayda daha sadə və iqtisadi cəhətdən daha əlverişlidir.

MDB İcraiyyə Komitəsi bildirir ki, MDB DBŞ-nin iclasında təhlükəsizliyin təmin olunması və yeni çağırışlara və təhlükələrə əks təsir sahəsinə aid sənədlərin layihələrinə, həmçinin, MDB iştirakçısı olan dövlətlərin Vergi (maliyyə) təhqiqatı orqanları rəhbərlərinin əlaqələndirmə şurasının yaradılması haqqında sazişə baxılacaq.

Bundan başqa, dövlətlərin hava hücumundan müdafiənin birləşdirilmiş sisteminin inkişafının perspektivli istiqamətlərini təsdiq ediləcəyi ehtimal edilir.

Əsas sənədlərdən biri MDB dövlətlərinin Birlik çərçivəsində inteqrasiyanın qarşılıqlı təsirinin möhkəmləndirilməsi üzrə parlamentlərarası assambleyasının fəaliyyəti haqqında qərar layihəsidir.

Gündəlikdə MDB İqtisadi məhkəməsi sədrinin, MDB dövlətlərinin Antiterror Mərkəzinin rəhbərinin və Hava Hücumundan Müdafiə məsələləri üzrə Əlaqələndirmə Komitəsi sədrinin təyinatı ilə bağlı namizədliyin iddiası üzrə kadr məsələləri ayrıca blokda təqdim edilib.

İclasda bir sıra digər məsələlərə də baxılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti