...

Rusiya Xəzərin vahid monitorinqi sisteminin yaradılmasını təklif edir

Siyasət Materials 31 Oktyabr 2012 11:33 (UTC +04:00)
Rusiya Xəzərin vahid monitorinqi sisteminin yaradılmasını təklif edir. Trend-in məlumatına görə, belə bir təşəbbüslə yerin məsafədən zondlaşdırılması sahəsində ekspert Aleksey Kuçeyko Bakı-Moskva-Astana videokörpüsü zamanı çıxış edib.
Rusiya Xəzərin vahid monitorinqi sisteminin yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev /

Rusiya Xəzərin vahid monitorinqi sisteminin yaradılmasını təklif edir. Trend-in məlumatına görə, belə bir təşəbbüslə yerin məsafədən zondlaşdırılması sahəsində ekspert Aleksey Kuçeyko Bakı-Moskva-Astana videokörpüsü zamanı çıxış edib. Tədbir Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Çərçivə Konvensiyasının qəbul edilməsinin 19-cu ildönümünə həsr olunub.

"Xəzər dənizində hər bir Xəzəryanı dövlət öz sektorunun qismən kosmik analizini aparır. Məsələn, Rusiyada kosmik analiz "LUKOYL" şirkətinin sifarişi ilə aparılır. Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası çərçivəsində həmin sistemləri vahid şəkildə birləşdirmək mümkündür", - Kuçeyko bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs kapital tutumlu ola bilər. Lakin o, Xəzərdə baş verən proseslərin araşdırılması üçün yeni imkanlar açır.

"Birgə monitorinqlər proqramı Xəzər akvatoriyasına açıq gözlə baxmağa imkan verəcək", - ekspert deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti