...

Qəbələ şəhərinin inzibati ərazisi genişləndirilir

Siyasət Materials 13 Noyabr 2012 12:07 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.
Qəbələ şəhərinin inzibati ərazisi genişləndirilir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir M.Əliyev

Qəbələ şəhərinin inzibati ərazisi genişləndiriləcək.

Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin çərşənbə axşamı keçirilən iclasında "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədri Arif Rəhimzadə layihə barədə danışaraq bildirib ki, Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 hektar (bunun 22,70 ha-sı dövlət mülkiyyəti, 112,39 ha-sı bələdiyyə mülkiyyəti, 9,88 ha-sı xüsusi mülkiyyətdədir), eləcə də Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 hektar torpaq sahəsinin Qəbələ şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulub.

Komitə sədrinin müavini Fəttah Heydərov iclasda deyib ki, "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da tikinti-quruculuq işlər geniş vüsət alıb. "Qəbələdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu gün Qəbələ turizm bölgəsi kimi təkcə respublika əhalisinin deyil, regionun və dünyanın diqqət mərkəzindədir. Qəbələdə beynəlxalq standartlara cavab verən hava limanının istifadəyə verilməsi insanların bu bölgəyə gəlməsini daha da asanlaşdırıb", - Heydərov deyib.

Sonda qanun layihəsi təsdiqlənməsi üçün Milli Məclisə tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti