...

Azərbaycan ilə Macarstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 1 Dekabr 2012 13:43 (UTC +04:00)
Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Macarıstanın hakim Fides Partiyası sədrinin birinci müavini, Debretsen şəhərinin meri, Macarıstan Parlamentinin üzvü Koşa Layoş ilə görüşüb.
Azərbaycan ilə Macarstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/

Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Macarıstanın hakim Fides Partiyası sədrinin birinci müavini, Debretsen şəhərinin meri, Macarıstan Parlamentinin üzvü Koşa Layoş ilə görüşüb.

Azərbaycanın Macarstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki hakim partiya və onların gənclər təşkilatları arasında münasibətlərin daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə parlament fəaliyyətinin əlaqələndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər yaxın zamanlarda YAP ilə Fides arasında əməkdaşlıq sazişinin hazırlanması və imzalanması barəsində razılıq əldə edib. Hər iki partiyanın gənclər təşkilatlarının Azərbaycanda və Macarıstanda təşkil olunan "yay məktəbləri"ndə iştirakı məsələsi də məmnunluqla qarşılanıb.

Partiyalararası dialoqu davam etdirmək məqsədi ilə YAP sədrinin müavini Əli Əhmədov Koşa Layoş başda olmaqla Fides Partiyasının nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Bundan əlavə Əli Əhmədov Macarıstan Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının həmsədri Piter Siyyarto ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında son bir neçə ildə intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi müzakirə olunub.

Macarıstanın yürütdüyü "Şərq siyasəti"ndə Azərbaycanın getdikcə artan rolu və yeri xüsusi vurğulanıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da görüşlərdə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti