...

Azərbaycan ilə Polşa arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 19 Dekabr 2012 16:46 (UTC +04:00)
Müdafiə nazri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Senatının Hərbi Komitəsinin sədri Boqdan Klixi qəbul edib.
Azərbaycan ilə Polşa arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Senatının Hərbi Komitəsinin sədri Boqdan Klixi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə maneçilik törədən amillər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti