...

NATO: Suriyada rejimin devrilməsi zamanın məsələsidir

Siyasət Materials 20 Dekabr 2012 14:37 (UTC +04:00)
Suriyada rejimin devrilməsi zamanın məsələsidir.
NATO: Suriyada rejimin devrilməsi zamanın məsələsidir

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada rejimin devrilməsi zamanın məsələsidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı NATO-nun baş katibi Anders Foq Rasmussen Türkiyənin "TRT Haber" telekanalına müsahibəsində bildirib.

"Əsəd rejimi çoxdan legitimliyini və ölkə üzərində nəzarəti itirib. Əsəd rejiminin devrilməsi zamanın məsələsidir", - o deyib.

Baş katibin sözlərinə görə, Türkiyə-Suriya sərhədində "Patriot" ZRK-nın yerləşdirilməsi İran və ya Suriya üçün heç bir təhlükə törətmir və onlara qarşı yönəlməyib. Onların yerləşdirilməsində məqsəd yalnız Türkiyənin mümkün təcavüzdən müdafiəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti